EN
AZ
II Beynəlxalq ABA
(Tətbiqi Davranış Analizi) Autizm Azərbaycan konfransı
online
Keçirilmə tarixi: 2-3 Aprel
Günümüzdə autizm hər 54 yeni dünayaya gələn uşaqlardan 1-də görülür və ümumilikdə bu spektr daxilində olanlarıın sayı dünya əhalisinin təxminən % 1-ni təşkil edir.
Tədqiqatlar göstərir ki, erkən diaqnoz və keyfiyyətli təhsil sayəsində autizmli şəxslərə ömür boyu çəkilən xərclər 70%-ə qədər azaldıla bilər.
Autizmli şəxslərin qabiliyyətlərindən yüksək səviyyədə istifadə etmək, onların cəmiyyətə inteqrasiyası, sosial ünsiyyət qurmaları və gündəlik ehtiyaclarını təmin etmə bacarığı əldə etmələri bu şəxslərə erkən uşaqlıq dövründə təklif olunan xüsusi təhsil xidmətlərinin keyfiyyəti və intensivliyi ilə sıx bağlıdır.
Autizmin yayılma sıxlığı son illərdə əhəmiyyətli dərəcədə artdığı üçün bu sahənin də ixtisaslı kadrlarının hazırlanması olduqca vacibdir. Eyni zamanda bu kadrların bilik və bacarıqlarının yeniləməsi də günümüzün aktual məsələlərindəndir.
Tətbiqi Davranış Analizi (TDA-ABA) bir davranış elmidir və autizmli insanlar üçün bir çox bacarıq sahələrində qalıcı və hərtərəfli inkişafı təmin edən təsirli bir təhsil modelini təqdim edir. Digər metodlar ABA ilə müqayisədə lazımi səviyyədə elmi dəlillər təqdim edə bilmir. İnkişaf etmiş ölkələrdə tibbi xidmət olaraq qəbul edilən ABA metodunun geniş istifadəsi qanunlarla təmin edilir.
Azərbaycanda ilk Beynəlxalq ABA (Applied Behavior Analysis -Tətbiqi Davranış Analizi) konfransı 2020-ci ilin fevral ayında Heydər Əlivev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilmiş və 1000-ə yaxın müxtəlif təşkilatların nümayəndələri iştirak etmişdir. 2-ci Beynəlxalq Autizm ABA Azərbaycan konfransı bu il Aprel ayının 2 və 3-də offline və online olaraq keçiriləcəkdir. Dünyanın 6 müxtəlif ölkəsindən beynəlxalq, Azərbaycandan da yerli ekspertlərin (ABA sahəsində tanınmış professor və dossentlərin) çıxışları ilə təşkil olunacaq bu tədbirdə 1500-dən artıq iştirakçının olacağı gözlənilir.
BİZİM TƏRƏFDAŞLARIMIZ
Əgər siz də bizim tərəfdaşımız və ya sponsorumuz olmaq istəyirsinizsə, bizə yazmaqdan çəkinməyin.
Bizim sponsorlar
Konfransda bir çox maraqlı məruzələr olacaq
Nigar Sadiyeva
həkim-pediatr, t.ü.f.d.,dosent, ATU, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, Azərbaycan
İnkişaf geriliyi olan uşaqlar pediatr gözü ilə
Nahit Motavalli
Psixiatr, Professor, Türkiyə
Uşaq psixiatrının ilkin diaqnoz və müşahidə dövründə rolu
Uilyam Hyuard
ABŞ-ın Ohayo Dövlət Universtetinin fəxri professoru
"Gələn il indidir" Erkən müdaxilə və təhsil kontektsində tətbiqi davranış təhlilinə baxış
Andy Shih
Autism Speaks, New York, NY, Vitse-prezident, Xalq Sağlamlığı və İnklyuziya,ABŞ
CST və elektron öyrənmə modulu
Və bir çox digər maraqlı təqdimatlar
Aşağıdakı linkdə konfransın tam cədvəlinə baxın
Ən böyük 2021 konfransında iştirak etmək üçün qeydiyyatdan keçin