EN
AZ
FAQ
Autizm Spektr Pozuntusu (ASP) nədir?
Autizm Spektr pozuntusu qarşılıqlı sosial münasibətlərin qurulması və davam etdirilməsində davamlı çatışmazlıqlar, bir sıra məhdud, təkrarlanan və qeyri-çevik davranışlar, maraqlar və fəaliyyətlərlə xarakterizə olunur. Autizm Spektr Pozuntuları olan fərdlər intellektual funksiyaları və dil qabiliyyətlərinə görə müxtəlifdirlər.
ABA metodu nədir və autizm sahəsində necə tətbiq olunur?
Amerika Psixoqlar Assosiasiyası tərəfindən elmi əsaslı təcrübə kimi təsnif edilən ABA metodu kommunikasiya, motor bacarıqları və davranış pozuntuları ilə bağlı problemlərin aradan götürülməsində istifadə olunan bir terapiya forması kimi istifadə olunur. ABA metodologiyası dil, sosial, oyun, akademik və müstəqil həyat fəaliyyətlərini inkişaf etdirmək üçün istifadə olunur. ABA metodu intizamsızlıq, aqressiv, isterik davranışlar, qidalanma problemləri və özünə zərər yetirmə kimi problemli davranışları azaltmaq üçün istifadə olunur.
I Beynəlxalq ABA konfransı nə zaman keçirilmişdir?
1-ci Beynəlxalq Autizm ABA Azərbaycan Konfransı 2020-ci ilin 16 Fevral tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində 7 ölkənin tanınan ABA professorlarının iştirakı ilə həyata keçirilmişdir. Konfransda 1000-ə yaxın müxtəlif təşkilatların nümayəndələri iştirak etmişdir.
II Beynəlxalq Autizm ABA Azərbaycan konfransında necə iştirak etmək olar?
Konfransda iştirak etmək üçün www.abakonfrans.az saytından qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən hər bir iştirakçıya təsdiq e-maili göndəriləcəkdir.
Konfrans online yoxsa offline olaraq təşkil olunacaq?
Tədbir online formatda "ZOOM" platforması üzərindən təşkil olunacaq.
II Beynəlxalq Autizm ABA Azərbaycan konfranasında iştirak edənlərə sertifikat təqdim olunacaqmı?
Konfransda iştirak edənlərə pdf formasında sertifikat təqdim olunacaqdır. Sertifikat əldə etmək üçün konfransdakı bütün təqdimatların 75%-də iştirak edilməlidir.
Konfrans günündən əvvəl qeydiyyatdan keçən bütün iştirakçılara tədbirin linki göndəriləcəkdir.